Dünyada ilk: Elektrikli yollar inşa edilir

Dünyada ilk: Elektrikli yollar inşa edilir

Tədqiqatçılar elektrikli avtomobil sürərkən onun enerjisini doldura biləcək üsul təqdim edib.

AzerTimes xəbər verir ki, İsveç 2035-ci ilə qədər elektrik yolları inşa edəcək.

Yolun inşası 2025-ci ildə başlayacaq və ümumi uzunluğu 3 min kilomet olacaq.

Bu yol sistemi elektrikli avtomobillərin hərəkət etdiyi müddətdə də enerji doldura bilməsinə imkan verəcək. İnduktiv şarj adlanan yeni texnologiya elektriklə işləyən avtomobilləri hərəkətdə və ya fasilədə enerji ilə dolduracaq.

Bu prosesin işləməsi üçün yolun altına metal rulonlar basdırılacaq.

Bu rulonlar, maqnit tezliyini nəqliyyat vasitələrinin altında yerləşən bəzi xüsusi qəbuledicilərə ötürəcək.

Qeyd edək ki, bu texnologiyanın tezliklə ABŞ yollarında istifadə olunacağı da bildirilib.

Teqlər: