36 yaşlı italiyalı kişinin koronavirus, meymunçiçəyi və HİV analizləri eyni gündə pozitiv nəticə göstərib.
AzerTimes xəbər verir ki, bu barədə “İnfekşn” jurnalı məlumat yayıb.
Məlumata əsasən, sözügedən şəxsdə qızdırma, boğaz ağrısı, yorğunluq və limfa düyünlərinin böyüməsi kimi əlamətlər özünü göstərib. 9 gün sonra onun koronavirus testi pozitiv çıxıb.
İyulun 6-da isə aparılan analizlər göstərib ki, zamanla xəstənin üzündə və bədəninin müxtəlif nahiyələrindəki ləkələrin əmələ gəlməsinin səbəbi hər üç virusa – meymunçiçəyi, koronavirus və HİV-ə yoluxmasıdır.
Qeyd edək ki, Kataniya və Palermo universitetlərinin alimləri 3 xəstəliyin eyni anda bir şəxsdə aşkarlanması halına ilk dəfə rast gəldiklərini bildirirlər.