Çempionlar Liqası: Komandamızın rəqibləri bəlli oldu

Çempionlar Liqası: Komandamızın rəqibləri bəlli oldu

Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

AzerTimes xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın “Beerbaşa” komandasının də rəqibləri bəlli olub.

Ölkə təmsilçisi B qrupunda Rumıniyanın “AEK Oradea” (Rumıniya), Bolqarıstanın “DXC Technology” və Çexiyanın “G.I.C. La Plate de Künde Praqa” komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Monteneqroda keçiriləcək turnir avqustun 31-də başlayacaq.

Teqlər: