Dünyada gəmilərə silahlı hücumlar 20 faiz artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ötən il dünyada gəmilərə silahlı hücumlar 2019-cu illə müqayisədə 20 faiz artıb.

Trend-in məlumatına görə, bunu BMT baş katibinin nümayəndəsi Mariya-Luiza Viotti deyib.

O bildirib ki, dünya dənizlərində quldurluqla bağlı narahatedici vəziyyət yaranıb:


“Ötən il COVID-19 pandemiyası ilə bağlı naviqasiyanın azalmasına baxmayaraq, gəmilərə hücumlar çoxalıb. Təkcə 2020-ci ilin birinci yarısında hücumlar 20 faiz artıb”.