Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 10,9
milyon nəfər təşkil edib.
Trend TASS-a
istinadən xəbər verir ki, bu göstərici əvvəlki həftədə qeydə
alınmış rəqəmlərlə müqayisədə 15% azdır. Eyni zamanda,
xəstələnənlərin sayında azalma martın əvvəlindən ilk dəfə qeydə
alınır.
Koronavirusun yayılma sürəti, xüsusən də Asiya-Sakit okean
regionunda kəskin şəkildə azalmağa başlayıb. Martın əvvəli ilə
müqayisədə Yaponiyada bu göstərici 1,5 dəfə, Vyetnamda isə iki dəfə
azalıb.
Bununla belə, Avropa ölkələrində yenidən artım müşahidı olunmağa
başlayıb. Fransada hazırda gündə 140 minə yaxın, Böyük Britaniyada
95 minə yaxın, İtaliyada 75 mindən çox yeni yoluxma halı qeydə
alınır.