Dünya Yaş Qrupu Yarışları: Qoşa mini-batutla tullanma üzrə bütün mükafatları Rusiya idmançıları qazanıb

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu yarışlarında 11-12 yaş kateqoriyasında kişilər arasında mini-batutla ikiqat tullanma proqramında Rusiya idmançıları bütün mükafatları qazanıblar.

AzerTimes xəbər verir ki, birinci yeri İlya Penkin (68,700 xal), ikinci yeri Qriqori Volkov (65,800 xal), üçüncü yeri Maksim Blaqov (65,700 xal) tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: