ABŞ şəhərlərində bir neçə gündür pis hava şəraiti davam edir. Tornadolar, tufanlar və güclü küləklər ayrı-ayrı ştatların sakinlərini vurub.
AzerTimes xəbər verir ki, bu dəfə Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə ildırım düşüb.
Nyu Cersi ştatının Hovell şəhərinin sakinlərini isə qasırğa qorxudub. Şəhərdə elektrik kəsilib, dağıntılar var.
Ümumilikdə bir gündə ABŞ-da 50-dən çox tornado qeydə alınıb.