Dünya reytinqində böyük uğur: Təbriklər, ADU!

Dünya reytinqində böyük uğur: Təbriklər, ADU!

QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb.

AzerTimes xəbər verir ki, reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.

Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 – 340 universitetlər qrupuna daxil olub.

Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamının və 99 000-dən çox qlobal işəgötürənlərin səsi nəzərə alınıb.

Teqlər: