Dünya müharibəsinə hazırlıq gedir: ABŞ, NATO… – Siyarto

Dünya müharibəsinə hazırlıq gedir: ABŞ, NATO… – Siyarto

ABŞ, NATO və Avropa Birliyi kimin Ukraynaya daha çox silah verə biləcəyini görmək üçün bir-biri ilə rəqabət aparır. Bu, Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxarır və yeni dünya müharibəsi təhlükəsi yaradır.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Brüsseldə dünya müharibəsinə hazırlıq intensivləşir. ABŞ, NATO və AB hazırda sülhün möhkəmləndirilməsinə və diplomatik həll yollarının tapılmasına diqqət yetirmək əvəzinə, Ukraynaya hərbi yardımı koordinasiya etmək hüququ uğrunda yarışırlar. Yeni dünya müharibəsinə hazırlıq dayandırılmalıdır”, – o bildirib.

Teqlər: