Dünya müharibəsi belə başlaya bilər – General

Dünya müharibəsi belə başlaya bilər – General

Dünya miqyasında hərbi münaqişə ciddi fövqəladə vəziyyət zamanı böyük dövlətlər arasında rabitə kanallarının olmaması səbəbindən baş verə bilər.

AzerTimes xəbər verir ki, bunu amerikalı general, ABŞ Dəniz Piyadaları Korpusunun komendantı Devid Berger deyib.

O qeyd edib ki, fövqəladə vəziyyətin həlli üçün tərəflərin hərbi-siyasi rəhbərliyi arasında zəif təmas yaranarsa, müxtəlif dövlətlərin təyyarələrinin toqquşması genişmiqyaslı münaqişəyə səbəb ola bilər.

Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.

Teqlər: