Dünya Kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır – Kiprli idmançı

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk
yarış günündən təəssüratlarım çox yaxşıdır.

Bunu AzerTimes-a yarışların iştirakçısı, Kipri təmsil edən gimnast
Anna Sokolova deyib.

“Əvvəlcə bir az həyəcanlı idim, amma hər iki növü [halqa və
topla hərəkətlər] kiçik səhvlərə baxmayaraq, yaxşı keçirdim.
Ümumiyyətlə, mən razı qaldım. Kubokun ikinci günündə gürzlər və
lentlə hərəkətlərdə yarışırıq, ona görə də indi mən bu məşqlərə
köklənəcəyəm”, – deyə gimnast bildirib.

Onun sözlərinə görə, startdan əvvəl o, Bakıda iki məşq
keçirib.

“Çərşənbə günü axşam Bakıya gəldik, ertəsi gün yerində iki məşq
etdik – biri məşq zalında, ikincisi isə podiumda. Hər şey əla
keçdi. Bakıdakı gimnastika arenasının zalı gözəldir, şərait
qeyri-realdır, çoxlu məşq xalçaları var və tamaşaçılar həvəslə
dəstəkləyir, bütün bunlar uğura təkan verir”, – deyə gimnast əlavə
edib.

Anna Sokolova bədii gimnastika qaydalarına edilən dəyişikliklərə
müsbət yanaşdığını da vurğulayıb.

Teqlər: