Dünya kuboku yarışları rus idmançılara görə ləğv olundu

Dünya kuboku yarışları rus idmançılara görə ləğv olundu

Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.

AzerTimes xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

Qeyd edək ki, rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

Teqlər: