Dünya ermənilərin saxta soyqırımı ittihamlarından təngə gəlib – Tarixçi alim (FOTO/VİDEO)

“Hər il aprel ayında dünyada yaşayan ermənilər saxta və əsassız
soyqırımı iddiaları ilə beynəlxalq aləmin diqqətini cəlb etməyə
çalışırlar. Amma reallıq budur ki, artıq bütün dünya erməni
yalanlarından təngə gəlib, ermənilərin saxta soyqırımı
ittihamlarına məhəl qoyan yoxdur”.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
layihəsinə müsahibəsində tarixçi alim, Milli Məclisin deputatı Anar
İsgəndərov deyib. O bildirib ki, ermənilər xüsusi hay-küy salmaqla
artıq heç nəyə nail ola bilmir, çünki onların əsl simasını hamı
tanıyır: “Əslində 24 apreldə nə baş verib? Osmanlı imperiyası
ərazisində yaşayan, türk xalqının çörəyini yeyən nankor ermənilər
türklərə xəyanət edib, dinc sakinlərə qarşı kütləvi soyqırımları
həyata keçiriblər. Ermənilərin qətlə yetirilməsini təsdiq edən heç
bir dəlil-sübut yoxdur. Türkiyə Respublikası neçə illərdir dünyaya
bəyan edir ki, arxivləri açmağa, tarixçilərin araşdırma aparmasına
şərait yaratmağa hazırıq. Amma təəssüf ki, dünyanın siyasi
dairələri bu təklifə məhəl qoymur. Çünki böyük dövlətlərə sərf
etmir. Onlar saxta erməni soyqırımı iddialarından siyasi alət kimi
istifadə edir, bundan təzyiq vasitəsi kimi yararlanırlar. Amma bu
cəhdlər əbəsdir”.

Tarixçi alim həmçinin bildirib ki, ermənilər saxta soyqırım
ittihamları ilə dünyanın diqqətini Azərbaycan xalqına qarşı həyata
keçirdikləri qətliamlardan yayındırmaq istəyirlər: “80-ci illərin
sonları, 90-cı illərin əvvəllərində erməni terrorçuları Xocalıda,
Başlıbeldə, Ağdabanda və digər ərazilərimizdə xalqımıza qarşı
kütləvi soyqırımlar törədiblıər. Əsl soyqırımı budur. Əlimizdə
kifayət qədər fakt, dəlil-sübut var. Amma dünya lal, kor, kardır.
Bu təəssüf doğurur”.

Müsahibənin videovariantını təqdim edirik.

Teqlər: