Dünya çox təhlükəli mərhələyə qədəm qoyub – Rəhman

Dünya çox təhlükəli mərhələyə qədəm qoyub – Rəhman

Bəşəriyyət öz inkişafının tarixdə görünməmiş təhlükəli mərhələsinə qədəm qoyub. Dünyanın yenidən bölünməsi prosesləri güclənir, vəziyyət mürəkkəb xarakter alır.

AzerTimes xəbər verir ki, bunu Tacikistan Prezidenti İmaməli Rəhman deyib.

“Son zamanlar dünyada vəziyyət getdikcə mürəkkəb xarakter alır, dünyanın yenidən bölünməsi prosesi, sürətli silahlanma, Soyuq müharibənin yeni mərhələsi, müasir təhdid və təhlükələr – terrorizm və ekstremizm, qanunsuz silah alveri, kibercinayətlər və transmilli mütəşəkkil cinayətin digər növləri güclənir. Yəni bəşəriyyət son vaxtlar tarixin xatırlamadığı çox həssas və təhlükəli bir mərhələyə qədəm qoyub”, – Rəhman bildirib.

Teqlər: