Dünya çempionatının formatında dəyişiklik

Dünya çempionatının formatında dəyişiklik

2025-ci ildən futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik ediləcək.

AzerTimes xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

FİFA rəsmisi bildirib ki, çempionat yeni formatda keçiriləcək və 32 komanda iştirak edəcək. Biz bu çempionatı milli komandaların iştirakı ilə keçirilən dünya kuboku yarışına bənzətmək istəyirik. Müxtəlif futbol konfederasiyalarından 4 komandanın mübarizə aparacağı Dünya Seriyası adlı dostluq turniri yaratmışıq. Qadın futbolçular arasında da klublararası dünya çempionatını keçirməyi planlaşdırırıq.

Qeyd edək ki, hazırda klublararası dünya çempionatı 6 komandanın iştirakı ilə təşkil olunur. Bunlar 5 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisidir. Çempionatın son qalibi İngiltərənin “Çelsi” klubudur. Ən titullu komanda isə 4 dəfə çempion olan “Real Madrid”dir.

Teqlər: