Bu gün yeni dünya düzəni formalaşır və Macarıstan suverenliyini müdafiə edən digər ölkələrlə ittifaqı gücləndirmək istərdi, lakin dünyanın bloklara bölünməsini istəməzdi.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban macar diplomatlar ilə görüşündə deyib.
“Qərbin hegemonluğu sona çatdı, bu gün heç kim bununla mübahisə etmir. Yeni dünya nizamı formalaşır, vəziyyəti daim qiymətləndirmək və təhlil etmək lazımdır”, – o bildirib.
Orbanın sözlərinə görə, hazırda dünyanı geosiyasi bloklara bölməyə cəhdlər edilir və suverenliyi müdafiə edən ölkələrə çox böyük təzyiq var.