741-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

741-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 741-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 576 təyyarəsi, 267 helikopteri, 14 305 PUA-sı, 479 zenit-raket kompleksi, 15 360 tank və digər zirehli texnikası, 1 233 reaktiv yaylım atəş sistemi, 8 299 artilleriya və minaatanı, 19 365 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: