Dünya Bankı Kaxovka SES-ə dəyən zərəri qiymətləndirəcək

Dünya Bankı Kaxovka SES-ə dəyən zərəri qiymətləndirəcək

Ukraynanın Baş naziri Denis Şmıqal ilə Dünya Bankının vitse-prezidenti Anna Byerde arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Dünya Bankı Rusiyanın terror aktı nəticəsində Kaxovka su elektrik stansiyasına (SES) dəyən ziyanın və ehtiyacların tezliklə qiymətləndirilməsini həyata keçirəcək.

“Biz Anna Byerde ilə Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasının nəticələri barədə danışdıq. Mən Dünya Bankına Ukraynanın daimi dəstəyinə görə minnətdaram”, – Şmıqal yazıb.

Teqlər: