Dünya Bankı Azərbaycanda yol layihəsi üçün 65 milyon dollarlıq kredit ayırıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon dollar məbləğində kredit ayırıb.

AzerTimes bu barədə Dünya Bankına istinadən məlumat verir.

Qeyd olunur ki, bankın Direktorlar Şurası mayın 20-də “Regional əlaqələrin inkişafı” adlı yol layihəsini müzakirə edib.

Dünya Bankının Azərbaycanda regional meneceri Sara Mayk bildirib ki, bu layihə Azərbaycana milli inkişaf prioritetlərinə çatmağa kömək edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: