Dünya Azərbaycanlılarının V Qurultayının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm – Azərbaycan Akademik Birliyinin sədri

Şuşa. Trend:

Mən, ilk növbədə, Dünya Azərbaycanlılarının V Qurultayının
təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək
istəyirəm.

Bunu Trend
Azərbaycan Akademik Birliyinin sədri, Beynəlxalq Adom Enerjisi
Agentliyinin icraçı direktoru, tibb elmləri sahəsində fəlsəfə
doktoru və Vyanada Azərbaycan diasporunun nümayəndəsi Kamal Əkbərov
Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

“Bu cür tədbirdə iştirak etmək yurdundan uzaqda olan hər bir
azərbaycanlı üçün vacibdir. Mən artıq beş ildir ki, Vyanada
yaşayıram və BMT-də işləyirəm. Mənim üçün bu qurultaya dəvət
olunmaq çox dəyərli idi”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu gün hər bir azərbaycanlının qarşısında
Qarabağdakı hadisələr barədə həqiqətləri dünyaya çatdırmaq
tapşırığı durur.

“Yeni reallıqları nəzərə alaraq, hər bir azərbaycanlı və
Azərbaycan diasporlarının nümayəndələri qarşısında Azərbaycanın
İkinci Qarabağ müharibəsində əldə etdiyi nəticəni dəstəkləmək
məqsədi dayanır. Bu cür hadisələr bizim üçün stimuldur. Harada
yaşamağından asılı olmayaraq, Azərbaycan xalqı ilə birlik hissi
yaranır”, – K.Əkbərov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: