Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları və
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Fəxri
Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət ediblər.
DİDK-dən AzerTimes-a bildirilib ki, öncə qurultay iştirakçıları və
DİDK əməkdaşları Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsinə ehtiramlarını bildiriblər. Ulu öndərin abidəsi önünə
əklil qoyulub, gül dəstələri düzülüb.
Sonra qurultay iştirakçıları və DİDK əməkdaşları I və II
Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək. Bu mötəbər tədbirdə
65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak
edəcək.