Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı
hazırlıq işləri yekunlaşmaq üzrədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata
görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi,
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə
tutulur.

Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I
və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə
yola düşəcəklər.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin
iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat
verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun
qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən
qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında
müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər
yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq
ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı
məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın
azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Teqlər: