Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək

Xəbər - Fərid Zöhrabov – Trend:

Gözlənildiyi kimi hazırda ölkə ərazisində müşahidə olunan
dumanlı hava şəraiti inversiya xarakterlidir. Soyuq hava kütləsinin
isti havanı sıxışdıraraq yuxarı qaldırması nəticəsində yerüstü
təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub, nəticədə
inversiya qatı yaranıb.

Trend xəbər verir ki,
bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
bildirib.

Onun sözlərinə görə, gecə saatlarında yer səthi tədricən soyuyur
ki, bu da havanın aşağı qatlarının da soyumasına gətirib çıxarır.
Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması
dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın
yaranması inversiya ilə izah olunur.


“Dumanlı hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron
yarımadasında meteoroloji görünüş məsafəsi 200 metrədək, rayonlarda
isə 50 metrədək məhdudlaşıb”.

Xidmət rəisi bildirib ki, ölkə ərazisində dumanlı hava şəraiti
fevralın 26-sı səhərədək davam edəcək. Magistral avtomobil
yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi
100-500 metrədək məhdudlaşacaq.

Teqlər: