“Dubay Ekspo 2020” dəki Azərbaycan pavilyonunda “Dostluq” xalçası təqdim edilib (FOTO)

Fevralın 18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay
Əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan
pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən
təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.

AzerTimes xəbər verir ki, ənənəvi
Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan
“Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə
Azərbaycanın əməkdar rəssamı Rəşad Ələkbərovun birgə əməkdaşlığı
nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o
cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın özünün
toxunması və emalı 7 ay çəkib.

Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və
müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

Teqlər: