Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu 48 saatlıq məhdudlaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.

Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü leysan səbəbindən BƏƏ-dən uçuşlar dayandırılıb.

Teqlər: