DTX-nin səlahiyyəti artırıldı

DTX-nin səlahiyyəti artırıldı

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2007-ci il 22 may tarixli 578 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilib.

AzerTimes xəbər verir ki,m bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

Buna qədər Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malik olub.

Teqlər: