Mənzil İnşaat Dövlət Agentliyinə (MİDA) məxsus 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib.
AzerTimes xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəsmisi Günel Hüseynova MİDA ilə birgə keçirilən brifinqdə deyib.
“Qeyd edilən halların araşdırılması ilə bağlı DTX-ya müraciət ünvanlanıb Faktla bağlı qurumun İstintaq Baş İdarəsi 14 aprel 2022-ci ildə Cinayət Məcəlləsinin müvafiq qanunlarına uyğun olaraq cinayət işi başlayıb və icraata qəbul edil. Başlanılmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA -nın növbəti layihəsi olan 2-ci mərhələ üzrə mənzillərin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən mənzil seçiminin sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qeyd edilən şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa edilərək, onlar təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində işin hallarından aslı olaraq müvafiq qəti imkan tədbirləri seçilib. Bir nəfər barəsində beynəlxalq axtarış elan edilib. Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və yaxud onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar”, – deyə o, qeyd edib.