DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi məktəbinin V sinfinə qəbul
imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən
Trend
-ə verilən məlumata görə, 10 apreldə keçirilən imtahanda
iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab
kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin
mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə
göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 916 nəfərdən 30 nəfər
imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə
təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən
tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri
uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə
qəbul olunacaqlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 14 aprel 2022‑ci il tarixindən etibarən onlayn (“Zoom”
proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi
təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək
istəyənlər 12‑14 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər.

Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə
aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.

Teqlər: