DSMF-nin xərcləri 4,9 faiz artıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin yanvar-iyul aylarında DSMF-nin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,0 mln. manat və ya 4,9% artıb.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, xərclərin 97,3%-ni əhaliyə ödənişlər təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 6 ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5111,7 mln. manat məbləğində icra olunub.


Twitter: @cingizsafarli

Teqlər: