Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Yenicag.az xəbər verir ki, sənədə əsasən, Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5 146 030 160,0 manat məbləğində təsdiq edilir.
Müəyyən edilib ki, 2021-ci ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri | Məbləğ (manatla) | |
1. | Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: | 3 502 499 210,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 1 183 982 341,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 161 452 137,0 |
1.3. | qeyri-büdcə sektoru üzrə o cümlədən: | 2 157 064 732,0 |
1.3.1. | sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə | 60 000 000,0 |
2. | Sair gəlirlər, cəmi o cümlədən: | 12 000 000,0 |
2.1. | sanatoriya-kurort yollayışlarının qismən dəyəri
üzrə daxilolmalar |
2 060 000,0 |
3. | Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait | 1 631 530 950,0 |