Xəbər - Elçin Mehdiyev – Trend:
“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
AzerTimes-ın məlumatına görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 072 manat, xərcləri 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.