Dron müharibəsini qazanan ilk ölkəyik – Verdiyev

Dron müharibəsini qazanan ilk ölkəyik – Verdiyev

“ADEX” sərgisi ilk növbədə Azərbaycanın müdafiə sənayesi məhsullarının və Vətən müharibəsi zamanı tətbiq edilən silah sistemlərinin dünya ictimaiyyətinə nümayişi baxımından böyük əhəmiyyət daşıyır.

Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

“Digər tərəfdən sərgi ilə əlaqədar olaraq ölkəmizə çoxlu sayda silah istehsal edən şirkətlərin təmsilçiləri və rəsmi dövlət nümayəndələri səfərə gəlib. Eyni zamanda keçirilən çoxsaylı görüşlərdə gələcək əməkdaşlıq sahələri müzakirə olunur, yeni ənənələrin əsası qoyulur. Sərgi həm də Ordumuzun istifadə etdiyi silah-sursatın yerinin doldurulması, həm də silahlanmaya qəbul ediləcək müdafiə sənayesi məhsullarının seçilməsi baxımından unikal imkandır. Ümumiyyətlə isə vurğulamaq istəyirəm ki, Vətən müharibəsində qazandığımız qələbə bütün dünyanın diqqətini ölkəmizə çevirib. Çünki Azərbaycan dünyada dron müharibəsi edən və qələbə qazanan ilk ölkədir. Ona görə ölkəmizdə keçirilən belə beynəlxalq səviyyəli sərgilərin sayı getdikcə artacaq”, – ekspert bildirib.

Teqlər: