Dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib – Hesabat

Hüquq mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə
dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin
edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının
2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Qeyd edilib ki, hesabat ilində 2 nəzarət tədbiri (Dövlət Turizm
Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası və AMEA-nın Fiziki
İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğun
auditləri üzrə materialları) üzrə müvafiq materiallar Hesablama
Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa təqdim edilib.

Bundan əlavə, 2021-ci ildə Hesablama Palatasının əməkdaşları
Dövlət Təhlükəsizlyi Xidməti tərəfindən həyata keçirilən bir
nəzarət tədbirində iştirak edib.

Teqlər: