Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Ağstafa rayonu ərazisində
yerləşən Keşikçidağ mağaralar kompleksinin ərazisində aparılan
işlərlə bağlı son vəziyyəti açıqlayıb.
Dövlət Xidmətindən AzerTimes-a bildirilib ki, Keşikçidağ mağaralar
kompleksinin ərazisində çəkilən asfalt yolun başlanğıcında inşa
edilən məlumat lövhəsinin son tamamlama işləri aparılır.