Dövlət Xidməti bir neçə şirkətə qarşı antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı iş qaldırıb

Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar
qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə
araşdırmaları davam etdirir.

Xidmətdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı
istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir
çox təsərrüfat subyektləri tərəfindən antiinhisar
qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub. Bununla
əlaqədar Dövlət Xidməti tərəfindən “Babək” firması, “Vuqma-qida”
MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC,
“Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee
Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food”
MMC, “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov
İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin
tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet
səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.)
yerləşdirilir.

Teqlər: