Dövlət siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşının sosial rifahı dayanıb – Sahil Kərimli

Azərbaycanın dövlət siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşının sosial rifahı dayanıb. Azərbaycan Prezidentinin dünən imzaladığı sərəncamlar da, əlbəttə ki, bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.

Bunu AzerTimes Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini Sahil Kərimli Yeni TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, sərəncamlara əsasən, yanvarın 1-dən artırılacaq maaşlar bir milyona yaxın insanı əhatə edir.


“Bilirik ki, əvvəlki illərdə də bu istiqamətdə xeyli sərəncamlar olub. Mən inanıram ki, bu sərəncamlardan irəli gələn məsələlər də reallıqda öz əksini tapdıqdan sonra Azərbaycan əhalisinin sosial rifahı daha da yaxşılaşacaq”, – deyə o bildirib.

Müsahibəni ətralı şəkildə aşağıdakı videodan izləmək olar:

Teqlər: