Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Aprelin 10-da Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V
sinfinə qəbul imtahanı keçiriləcək.

DİM-dən AzerTimes-a verilən xəbərə görə Bakıda keçiriləcək imtahan
saat 11:00-da başlayacaq.

Şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni
DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2022-ci
il 1 fevral – 28 mart tarixlərində aparılıb və ümumilikdə 915
şagirdin iştirak edəcəyi nəzərdə tutulub.

İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki,
imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra
gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində
qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

– şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil
aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa
şagirdin 3×4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә
tәsdiqlәnir));

– imtahana buraxılış vәrәqәsini;

– sağlamlıq haqqında bәyannamәni.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal,
başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd
olunub.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış
olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində
aparılır:

· ·Azərbaycan dili;

· ·Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə
olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82
nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.

Teqlər: