Dövlət qurumlarında yeni vəzifənin yaradılması təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət qurumlarnda yeni vəzifənin yaradılması
təklif edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Hesabatda “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununun 10.2-ci maddəsinin (İnformasiya sahibinin
vəzifələri) tələblərindən irəli gələrək, informasiya sahibi olan
dövlət orqanları və bələdiyyələr tərəfindən informasiya məsələləri
üzrə vəzifəli şəxsin təyin edilməsi yaxud struktur bölmənin
yaradılması üzrə zəruri tədbirlərin görülməsi təklifi əksini
tapıb.

Teqlər: