Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

DİM-dən AzerTimes-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək.

Qeyd edək ki, imtahan prosesi veb formatda canlı yayımlanır.


Twitter: @ElchinMehdiyev

Teqlər: