Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşan namizədlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən fəaliyyət istiqamətinə daxil
olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi
məqsədilə imtahanın məzmunun təkmilləşdirilməsi üçün mütəmadi
olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji
sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən
dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul üzrə
müsabiqənin test imtahanı mərhələsinin də imtahan proqramlarında
zəruri dəyişikliklər edilir, test bankı mütəmadi olaraq yenilənir
və banka yeni model tapşırıqlar daxil edilir.

DİM-dən AzerTimes-a verilən xəbərə görə, Dövlət qulluğuna qəbul üzrə
müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə
çatdırırıq ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq müsabiqənin
2022-ci ilin may ayından etibarən keçirilən test imtahanlarının
qanunvericilik üzrə proqramında müəyyən dəyişikliklər (bu
dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət
olunur)
həyata keçirilib.

Namizədlər yeni proqram ilə
buradan
tanış ola bilərlər.

Teqlər: