Dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək imtahana qeydiyyat başlayıb

Xəbər - Çingiz Səfərli -Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 avqust 2021-ci il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu barədə AzerTimes-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyat 1 iyul saat 16:00-dan 27 iyul saat 10:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

Əlavə məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi saytından əldə etmək olar.

Teqlər: