Xəbər - Humay Ağacanova – Trend:
Bu gündən Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşı artırılıb.
Trend xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.