Dövlət Məşğulluq Agentliyi və Marsol MMC-nin partnyor şirkətləri arasında görüş olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi və Marsol MMC-nin partnyor şirkətləri
arasında görüş olub.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli,
Marsol MMC-nin direktoru Tural Mustafayev və digər nümayəndələr
iştirak edib.

M.Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı
məlumat verib. Bildirib ki, Agentlik dövlət və yerli özünüidarəetmə
orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes
qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki
şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Görüşdə həmçinin
birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq
məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın
əhəmiyyətindən danışılıb.

Sonda isə Mustafa Abbasbəyli Marsol MMC-nin partnyor
şirkətlərinin nümayəndələrini dinləyib və onların suallarını
cavablandırıb.

Teqlər: