Dövlət Komitəsinin xidməti minik avtomobillərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan xidməti minik
avtomobillərinin say həddi (lmiti) artırılıb.

Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə,
müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə
qaydalarının təkmilləşdirilməsi haqqında” qərara dəyişiklik
edib.

Bununla Dövlət Komitəsinə ayrılan xidməti minik avtomobillərinin
say həddi 4 ədədən 5-ədədə qaldırılıb.

Teqlər: