Şamaxıda yeni peşə hazırlığı kursuna start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq
filialı, Göyçay Peşə Hazırlığı Mərkəzi və “Azgranata” MMC-nin birgə
təşkilatçılığı ilə yeni peşə hazırlığı kursuna start verilib.

Şamaxı rayonundan ümumilikdə 63 işsiz vətəndaşın cəlb edildiyi
kurs “bağban” peşəsi üzrədir. 1 ay müddətində müdavimlərə
“Azgranata” MMC-nin Adnalı kəndində yerləşən müəssisəsində nəzəri
və praktik biliklər tədris olunacaq.

Peşə kursunu müvəffəqiyyətlə bitirən şəxslər daha sonra həmin
müəssisədə işlə təmin olunacaqlar. Kurs müddətində müdavimlərə
minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Teqlər: