Dövlət Komitəsinin sədri İsveçdə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İsveç və Norveçdə
keçirilən tədbirlərdə iştirak edəcək.

DİDK-dən AzerTimes-a
bildirilib ki, Komitə rəhbərliyinin fevralın 25-də Azərbaycan
Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil
edilmiş anım mərasimi və sərgidə iştirakı nəzərdə tutulur. Sərgidə
məşhur fotoqraf Mikael Silkebergin 2021-ci ildə Dövlət Komitəsinin
dəstəyi ilə Azərbaycana gələrək, işğaldan azad olunmuş ərazilərdə
lentə aldığı 30-dan artıq foto nümayiş etdiriləcək.

Səfər çərçivəsində İsveç rəsmiləri, burada fəaliyyət göstərən
Azərbaycan diasporunun nümayəndələri və yəhudi icmasının rəhbəri
ilə görüşlər də planlaşdırılır.

Fevralın 27-da isə Dövlət Komitəsinin sədri Norveçin paytaxtı
Osloda Norveç Azərbaycanlı Gənclər Təşkilatının nəzdindəki Nizami
Gəncəvi adına həftəsonu məktəbində olacaq, daha sonra Dövlət
Komitəsinin dəstəyi ilə “CAN” təşkilatının keçirdiyi Xocalı
soyqırımına həsr olunmuş sərgi və anım tədbirində iştirak edəcək.
Səfər çərçivəsində müxtəlif rəsmi şəxslər və Azərbaycan icmasının
nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Teqlər: