Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 6 imtahan
keçiriləcək.
Bu barədə Trend-ə DİM-dən xəbər verilib.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın15-də
ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların
keçirilməsi nəzərdə tutulub.
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı;
4. Aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında
müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə
müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış
imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX
sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap
etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=126
keçidindən istifadə etməlidirlər.
4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış
vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56
keçidindən istifadə etməlidirlər.
İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının
imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.