Dövlət Dumasının sədrindən Ermənistana xəbərdarlıq

Dövlət Dumasının sədrindən Ermənistana xəbərdarlıq

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistana Avropa strukturlarını regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri ilə bağlı xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə Vyaçeslav Volodin bu gün Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

Dövlət Dumasının sədri deyib ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatlara əsaslanmalıdır: “Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları səviyyəsində qəbul edilmiş qərarları var. Biz bunu rəhbər tutacaq və öz tərəfimizdən bu bəyanatların həyata keçirilməsi üçün hər şey edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”.

Onun sözlərinə görə, Avropa Parlamentinə müraciət etməmişdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməmişdən əvvəl belə bir suala cavab verilməlidir: “Ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa ciddi məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur”.

V.Volodin vurğulayıb ki, buna görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və bunun necə bitəcəyini ölçüb-biçməlidirlər.

Teqlər: