Xəbər - Fərid Zöhrabov -Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Arif Baloğlan oğlu Məmmədov təyin olunub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Arif Məmmədov bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.
Arif Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
O, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.
Arif Məmmədov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.