Dövlət büdcəsinə ƏDV-dən 5,3 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ildə Azərbaycan dövlət büdcəsinə əlavə dəyər vergisindən (ƏDV) 5,278 milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə 2022-ci il üçün dövlət büdcəsi layihəsində deyilir.

Fiziki şəxslərin gəlir vergisindən daxilolmaların 1,485 milyard manat, hüquqi şəxslərin mənfəət vergisindən daxilolmaların 2,67 milyard manat səviyyəsində olması proqnozlaşdırılır.

Büdcə layihəsinə əsasən, Azərbaycan dövlət büdcəsinə torpaq vergisi və əmlak vergisindən daxilolmalar müvafiq olaraq 45 milyon və 236 milyon manat təşkil edəcək.

Qeyd edək ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26,816 milyard manat, xərcləri isə 29,879 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: